RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.06.2021]

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

25.06.2021

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı yer alıb.

Nəşrin növbəti səhifələrində “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda onlayn konfransın iştirakçılarının ölkə başçısına müraciəti, AMEA Rəyasət Heyətinin iclası, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin və akademik-katib, akademik Arif Həşimovun Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevlə görüşü, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” adlı monoqrafiyasının təqdimatı, Qarabağa həsr olunan beynəlxalq konfrans, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin GEANT Assosiasiyasının Baş Assambleyasının 24-cü iclasında iştirakı, Humanitar və İctimai Elmlər Bölməsinin onlayn iclası, o cümlədən Kimya və Yer Elmləri bölmələrinin Ümumi yığıncaqları, Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının iclası, həmçinin siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovla, eləcə də Şəki Regional Elmi Mərkəzinin elmi işçisi Zərintac Şükürova ilə müsahibə və s. informasiyalar oxuculara təqdim olunur.

Bundan əlavə, “Birlik və həmrəyliyin zəfəri və zirvəsi”, “Qalib ordumuzun tarixi zəfəri”, “Nizami Gəncəvinin “İskəndərnamə” epopeyası Şərq və Qərb müdrikliyinin sintezi kimi” sərlövhəli məqalələr, elmi yeniliklər, nəşrlər, müsabiqələr və digər xəbərlərlə də tanış ola bilərsiniz.

16 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© www.science.gov.az