RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.06.2021]

AMEA-nın Ümumi yığıncağının qərarının icrasından irəli gələn vəzifələr haqqında tədbir keçirilib

29.06.2021-2

AMEA Rəyasət Heyəti aparatının rəhbəri, dosent Seyfəl Həsənovun rəhbərliyi ilə AMEA-nın Ümumi yığıncağının 27 may 2021-ci il tarixli 1/1 nömrəli qərarının icrasından irəli gələn vəzifələr və qarşıda duran məsələlər barədə iclas keçirilib.

İclasda AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan aparat rəhbəri Seyfəl Həsənov qərarın icrasından irəli gələn məsələlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb, tövsiyələrini verib.

Sonra geniş təqdimatla çıxış etmək üçün söz AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, dosent Rüstəm Rüstəmova verilib. İdarə rəisi elm və təhsilin uğurlu inteqrasiyasına nail olma yolları, elmi mövzuların layihələrin tərtibatı formatında təqdim olunmasının vacibliyi, müasir texnologiyadan daha geniş miqyasda istifadə edərək qərar vermədə daha yüksək dəqiqliklərə nail olmaq, habelə xaricdə yaşayan azərbaycanlı elm adamlarının elmin inkişafına verə biləcəyi töhfəni gücləndirmək və beynəlxalq layihələrə daha miqyaslı müdaxilə məqsədilə məqsədyönlü fəaliyyətin aparılmasının vacibliyi haqqında iclas iştirakçılarına ətraflı məlumat verib.

Sonda idarə rəisi tərəfindən iclas iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

© www.science.gov.az