RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.07.2021]

İnstitut alimləri və Türkiyəli mütəxəssislər arasında görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) “İnnovativ İonlaşdırıcı Şüa Qəbulediciləri” laboratoriyasının əməkdaşları ilə Türkiyənin Bolu Abant İzzet Baysal Universitetinin Nüvə Radiasiya Detektorları Tətbiq və Araştırma Mərkəzinin əməkdaşları arasında görüş keçirilib.

Onlayn formatda keçirilən görüşdə Azərbaycan tərəfdən fizika-riyaziyyat elmləri doktoru Z.Sadıqov, fizika üzrə fəlsəfə doktoru, dosent F.Əhmədov, fizika üzrə fəlsəfə doktoru Q.Əhmədov, fizika üzrə fəlsəfə doktoru A.Sadıqov, Türkiyə tərəfdən isə Nüvə Radiasiya Detektorları Tətbiq və Araştırma Mərkəzinin direktoru Prof. E.Yilmaz və qurumun digər əməkdaşları iştirak edib.

Görüşün məqsədi silisium əsaslı yeni PN və normal rejimli selvari fotodiodların istehsalının həyata keçirilməsi üçün istehsalat kartlarının yaradılması və onun hazırlanma ardıcıllığının işlənməsindən ibarət olub.

Sözügedən görüşdə qərara alınıb ki, yeni nəsil fotodiodların dizaynı Radiasiya Problemləri İnstitutunun əməkdaşları tərəfindən işlənəcəkdir. Fotodiodların istehsalları isə Nüvə Radiasiya Dedektorları Tətbiq və Araşdırma Mərkəzinin laboratoriyalarında (sinif-10, 100 və 1000) həyata keçiriləcəkdir.

Görüşdə bu əməkdaşlıqda həyata keçirilən işlərdən əldə ediləcək yeniliklərin və təcrübənin gələcək üçün yeni tədqiqatlara və yeni layihələrin işlənməsinə imkan verəcəyi, həmçinin tədqiqatların elmi işçilər üçün yeni mövzularda özlərini inkişaf etdirməsi üçün əhəmiyyətli bir fürsət olacağı bildirilib.

Qeyd edək ki, təqdim edilən lahiyə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və TUBİTAK tərəfindən dəstəklənir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.