RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.03.2022]

Radiasiya Problemləri İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən institutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev əvvəlcə 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi və əhəmiyyəti haqqında məlumat verib. İslam Mustafayev çıxışında həmçinin əhalinin mülki müdafiəsi və idarə edilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin qısa bir zamanda aradan qaldırılmasında, eləcə də fövqəladə hallarla bağlı marifləndirmə işinin təşkilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xidmətlərini yüksək qiymətləndirib.

Sonra çıxış edən İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Taleh Məmmədov 2022-ci il üçün tərtib olunmuş Tədbirlər Planından danışıb.

Tədbirdə İnstitutun foyesində təşkil olunmuş sərgidə nümayiş olunan fərdi mühafizə vasitələrinin xüsusiyyətləri və onlardan istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.