RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.03.2022]

İnstitut alimlərinin rəhbərlik etdiyi şagirdlər bu il də qaliblər sırasındadırlar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun alimlərinin rəhbərlik etdiyi şagirdlər “Sabahın alimləri” XI Respublika müsabiqəsində qalib olublar.

Müsabiqədə İnstitutun laboratoriya rəhbəri, fizika elmləri doktoru Mətanət Mehrabova və aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Aygün Nəsibovanın rəhbərliyi ilə şagirdlər tərəfindən hazırlanmış 2 layihə sözügedən müsabiqədə uğur qazanıb.

Belə ki, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gənc İstedadlar Liseyinin 10-cu sinif şagirdi - Salman Vahabov və Fərhad Kərimbəylinin təqdim etdikləri “Yeni nəsil günəş enerjisi fotoçeviriciləri” adlı layihə fizika üzrə 2-ci yerin qalibi, 247 saylı məktəbin 9-cu sinif şagirdi Həvva Qəmbərova və Gənc İstedadlar Liseyinin 9-cu sinif şagirdi Camal Axundovun təqdim etdikləri “Bitkilərin ətraf mühitin ekoloji vəziyyətinin qiymətləndirilməsində bioindikator rolu” adlı layihəsi ekologiya üzrə 2-ci yerin qalibi seçilib.

Qeyd edək ki, təqdim olunan elmi tədqiqat işləri yenilik, innovasiya, tətbiq imkanları və müasirliyi ilə seçilir və gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında böyük əhəmiyyət kəsb edəcək.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.