RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.03.2022]

İnstitutda “8 mart – Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda qurumun Həmkarlar Təşkilatı və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “8 mart – Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev qadın əməkdaşları bu bayram günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara can sağlığı və xoşbəxtlik, gələcək həyat və elmi fəaliyyətlərində uğurlar arzu edib.

İ.Mustafayev çıxışında Məhsəti Gəncəvi, Sara Xatun, Xurşidbanu Natəvan, görkəmli aftolmoloq-alim, akademik Zərifə xanım Əliyeva və digər ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahələrdə tanınmış Azərbaycan qadınının daim öz müdrikliyi, işgüzarlığı və saflığı, zərifliyi və sədaqəti, mərdliyi, mədəni səviyyəsinin və intellektual potensialının yüksəkliyi ilə keçmişimizə parlaq səhifələr yazdığını qeyd edib.

Xüsusilə ən yaxın dövrdə özünün mütərəqqi fəaliyyəti və qayğıkeş münasibəti ilə xalqımızın qəlbində yer qazanmış, həmçinin milli-əxlaqi dəyərlərimiz və mədəni-tarixi irsimizin qorunub - saxlanılmasında, onun təbliğində mühüm xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şübhəsiz ki, bu gün Azərbaycan qadınının simasına çevrilib.

Tədbirdə daha sonra fizika üzrə fəlsəfə doktoru Günel İmanova və İnstitutun magistrı Kimyaxanım Baxışova “2021-ci ildə aktiv elmi və ictimai fəaliyyətinə görə” Həmkarlar Təşkilatı və Qadınlar Şurasının tərəfindən diplomla təltif olunublar. Tədbir səmimi təbriklər və xoş arzuların yer aldığı ədəbi-bədii çıxışlarla davam etdirilib.

Sonda İnstitutun Həmkarlar Təşkilatı tərəfindən qadın əməkdaşlara bayram münasibəti ilə xatirə hədiyyələri təqdim olunub.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.