RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.11.2022]

Radiasiya Problemləri İnstitutunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin İxtisasartırma fakültəsinin nümayəndələri ilə görüş keçirilib

Radiasiya Problemləri İnstitutunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin İxtisasartırma fakültəsinin “Radiasiya təhlükəsizliyi” ixtisası üzrə təlim keçən istehsalat nümayəndələri ilə görüş keçirilib. İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev qonaqları salamlayaraq rəhbərlik etdiyi müəssisədə aparılan tədqiqat işləri və əldə olunan mühüm elmi nəticələr haqqında geniş məlumat verdi. Daha sonra Akademik Adil Qəribov respublikada radiasiya təhlükəsizliyi, radiasiya texnologiyaları və radiasiya-nəzarət cihazları, habelə nüvə energetikasının inkişafı sahəsində həyata keçirilən və planlaşdırılan işlər haqqında məlumatlar verdi.

Həmçinin laboratoriya avadanlıqları ilə yaxından tanış olmaq məqsədilə müdavimlər “Enerjitutumlu radiasiya prosesləri”, “Ətraf mühitin radiasiya kimyası”, “Radioekologiya” və “Radiokimya və radioprotektorlar” laboratoriyaları ilə tanışlıq məqsədilə infotur təşkil olunmuşdur.

Görüşdə ixtisasartırma fakültəsinin dekanı C. İmaməliyeva və kursun lektorları da iştirak etmişlər.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.