RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[22.06.2023]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə İnstitutun gənc alimi – Quliyeva Nərmin Rafiq qızına “Fəlsəfə doktoru” (biologiya üzrə) diplomu təqdim olunub. Sonra İnstitutun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xilasetmə” festivalında təltif olunmuş fəxri fərmanın təqdimatı baş tutub.

İclasda daha sonra biologiya elmləri doktoru, professor Elimxan Cəfərovun “Bitki radiobiologiyası” adlı kitabının nəşri haqqında məsələ müzakirə edilib və sonda kitabın nəşrinə icazə verilib.

Tədbirdə İnstitutun “Nizamsız bərk cismlərin radiasiya fizikası” laboratoriyasının aparıcı elmi işçisi vəzifəsini icra edən, fizika elmləri doktoru, dosent Elçin Hüseynovun “professor”, “Radiokimya və Radiopretektorlar” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Zöhrə Müslümovanın “dosent”, həmçinin İnstitutun Polimerlər və elektroaktiv materialların radiasiya fizikası laboratoriyasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Əliyev Nəbi Şəmşəd oğluna dosent elmi adı verilməsi məsələlərinə baxılıb.

Elmi Şuranın iclasında daha sonra professor və dosent elmi adının verilməsi ilə bağlı gizli səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən “Nizamsız bərk cismlərin radiasiya fizikası” laboratoriyasının aparıcı elmi işçisi vəzifəsini icra edən, fizika elmləri doktoru, dosent Elçin Hüseynovun “professor”, Radiokimya və Radiopretektorlar” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Zöhrə Müslümovanın “dosent”, Polimerlər və elektroaktiv materialların radiasiya fizikası laboratoriyasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Əliyev Nəbi Şəmşəd oğlun “dosent” elmi adı verilməsi qərara alınmışdır.

Həmçinin iclasın gündəliyinə daxil olan məsələlələrlə bağlı İnstitutun İcraçı direktoru , fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva RPİ üzrə 2023-cü il üçün Yarımillik hesabatların təqdim edilməsi haqqında, “Nizamsız bərk cismlərin radiasiya fizikası” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Oqtay Səmədov isə FD1.21 Dissertasiya şurasının 2225.01 Radiasiya materialşünaslığı və 2226.01 Radioekologiya ixtisasları üzrə təsdiq edilməsi ilə bağlı çıxış edib.

Sonda İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev kadr potensialının artırılması yönündə atılan addımlar, istifadəyə verilən yeni texnoloji avadanlıqlar, "Journal of Radiation Researches” beynalxalq elmi jurnalının onlayn versiyada istifadəyə verilməsi, görülən təmir-bərpa işləriylə bağlı məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.