RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.09.2023]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə 2023-cü ildə fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri, eləcə də cari il üçün Fəaliyyət Planının müzakirəsi, yerinə yetirilməmiş fəaliyyətlərin planlaşdırılması haqqındakı məsələlərə baxılıb.

Sonra iclasda 2024-cü ildə keçiriləcək konfrans və hesabat ili üçün illik mühüm elmi nəticələr müzakirə edilib.

18-19 oktyabr tarixlərində Naxçıvan şəhərində keçiriləcək və mərhum akademik Mahmud Kərimovun 75 illiyinə həsr olunmuş “Radiasiya təhlükəsizliyi problemləri: regional aspektlər” adlı konfransın təşkili haqqında məlumat məlumat verilib, alimlər sözügedən konfransda aktiv iştirak etməyə çağırılıb.

Elmi Şuranın iclasında daha sonra ayrı-ayrı istiqamətlər üzrə “Ustad dərsləri” mühazirələrinin təşkili və AMEA-nın müxbir üzvü, professor İslam Mustafayevin “НИЗКОУГЛЕРОДНЫЕ РАДИАЦИОННО – ТЕРМИЧЕСКИЕ ПРОЦЕССЫ” adlı monoqrafiyasının çapa təqdim olunması haqqındakı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclasın sonunda İnstitutun “Polimerlərin radiasiya kimyası və texnologiyası” laboratoriyasının müdiri Şiraz Məmmədovun “professor” elmi adı alması üçün müraciətə baxılıb, Elmi Şuranın tərkibinə əlavələr və cari məsələlər müzakirə olunub.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.