RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.10.2023]

Radiasiya Problemləri İnstitutunda “Qurğuşunsuz boya” həftəsinə aid tədbir keçirilib

      Hər il oktyabr ayının sonuncu həftəsi bütün dünyada qurğuşunsuz boya həftəsi keçirilir. Bu münasibətlə 27 oktyabr 2023-cü il tarixində, qurğuşunsuz boya həftəsinin başa çatdığı gün Radiasiya Problemləri İnstitutunda Gənc alim və mütəxəssislər Şurası tədbir keçirmişdir. Tədbirdə İnstitutun rəhbərliyi, kimyaçı alımlər və Şuranın üzvləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın m.ü. İ.Mustafayev dünya üzrə istehsal olunan və Azərbaycanda istifadə olunan boyalar, onların tərkibi, ətraf mühitə və insan sağlamlığına təsiri haqda geniş məruzə ilə çıxış etmişdir. İnstitutun laboratoriya rəhbəri, k.e.d., prof. M.Qurbanov tərkibindəki qurğuşunun miqdarından asılı olaraq boyaların sertifikatlaşması, Azərbaycanda istehsal və istehlak olunan boyaların tərkibi ilə bağlı heç bir standartın, qanun və sənədin olmadığını nəzərə çatdırmış, bu haqda təbil çalmağın vaxtı çatdığını söyləmişdir. Sonda institutun icraçı direktoru R. Mehdiyeva bununla bağlı əhalinin məlumatlandırılmasının, gənclərin bu sahədə fəaliyyətinin gücləndirilməsinin günün tələbi olduğu haqda danışmışdır. Ölkəmizdə geniş quruculuq işlərinin getdiyini, Qarabağ regionunun yenidən, müasir tələblərə uyğun yenidən qurulduğunu, bu yenidənqurma işlərində gəncləri daha təhlükəsiz, keyfiyyətli tikinti materiallarından istifadə ilə bağlı məlumatlandırıcı fəaliyyətlərini genişləndirməyə çağırmışdır.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.