RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.11.2023]

Radiasiya Problemləri İnstitutunda gənclər üçün təlim keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) gənclər üçün təlim keçirilib.

28 noyabr tarixində İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “AZSTANDLAB” MMC tərəfindən təşkil olunmuş “Laboratoriya işlərinin aparılması zamanı İSO standartları (İSO 9001, İSO 45001, İSO 14001 və İSO 17025) üzrə olan tələblərə uyğunluğunun təmin edilməsi” mövzusunda keçirilən təlimdə məruzəçi Elsevər Həmidov gənclərin laboratoriyada işləmə qaydaları, cihazların dərəcələnməsi, sazlanması, onların laboratoriya cihazlarına davranışları haqqında geniş məruzə ilə çıxış edib. Eyni zamanda gənclərə onların hüquqları və həm özlərinin, həm də ətrafdakı insanların təhlükəsizliyinin təmin olunması barədə maarifləndirdi.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.