RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.11.2023]

Radiasiya Problemləri İnstitutunda Elm və Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsi ilə görüş keçirilib

28 noyabr 2023-cü il tarixində ETN Radiasiya Problemləri İnstitutunda Elm və Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsi ilə görüş keçirilmişdir.

Görüşdə İcra Komitəsinin rəhbəri Eldar Qocayev, SABAH qrupları İcra Komitəsi rəhbərinin tədris, professor-müəllim heyəti və əməkdaşlarla iş üzrə müavini Nailə Qəhrəmanova, SABAH qrupları İcra Komitəsi rəhbərinin tələbələrlə iş üzrə müavini Sevinc Əliyeva, Bakı Dövlət Universitetinin SABAH Mərkəzinin rəhbəri İradə Süleymanova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH Mərkəzinin rəhbəri Arzu İbrahimova, Azərbaycan Texniki Universitetinin SABAH Mərkəzinin rəhbəri Aytən Sadıqova, Radiasiya problemləri İnstitutunun baş direktoru, AMEA-nın m.ü. İ. Mustafayev, icraçı direktoru R. Mehdiyeva, laboratoriya rəhbərləri, k.e.d., professor M. Qurbanov, k.e.d. X. Məmmədov, İnnovativ Tədqiqatlar qrupunun rəhbəri N. Heydərov, əməkdaşlar İ. Nuriyev, M. Nəzərov, gənc elmlər doktoru E. Hüseynov iştirak etmişlər.

İnstitutun baş direktoru qonaqları salamlayaraq RPİ-nin yaradılması, onun elmi istiqamətləri, institutda aparılan elmi-tədqiqat işləri, innovasiyalar, yeni tədqiqat avadanlıqları haqda məlumat vermişdir. İcra Komitəsinin rəhbəri E. Qocayev SABAH qrupları, bu qrupların yaradılması məqsədi və məramları, elmlə təhsilin inteqrasiyası, SABAH qrupu tələbələrinin elmi-tədqiqat laboratoriyalarında tədqiqatlarda iştirakının vacibliyi haqqında danışmış, magistr ixtisasları hazırlığı üzrə institutun imkanları müzakirə edilmişdir. Görüşün sonunda qonaqlar institutun elmi-tədqiqat laboratoriyaları ilə tanış olmuş, alimlərlə təhsilin müxtəlif məsələləri geniş müzakirə edilmişdir.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.