RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.12.2023]

İnstitutda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

     AR ETN-nin Radiasiya Problemləri İnstitutunda ümummilli lider cənab H.Əliyevin anım mərasimi keçirilmişdir. Mərasim Azərbaycan Respublikasının himni ilə başlamış, sonra ulu öndər H.Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimi giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın m.ü. İ.Mustafayev cənab H.Əliyevin 20 il bundan öncə cismən bizi tərk etsə də, onun ideyalarının bu gün də yaşadığından, müstəqil respublikamızın ümummilli liderin qoyduğu dayaqlar üzərində gün-gündən daha da möhkəmləndiyindən, Ali Baş Komandanın ulu öndərin vəsiyyətlərini uğurla həyata keçirməyindən, “cənab H.Əliyev ili” ərəfəsində institutun keçirdiyi tədbirlərdən danışdı. İnstitutun icraçı direktoru, YAP özəyinin sədri R.Mehdiyeva tədbirdə ulu öndərlə bağlı xatirələrini danışmış, “Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək” musiqisinin sədaları altında ulu öndərə ümumxalq məhəbbətini əks etdirən video göstərilmiş, ümummilli liderin nəvəsi L.Əliyevanın babasının vəfatı münasibəti ilə yazdığı Elegiya dinlənilmişdir. Sonda institutun laboratoriya rəhbəri O.Salamov rəhbərin vəfatı günü yazdığı şerini səsləndirmişdir.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.