RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[24.04.2014]

AMEA Radiasiya Problemləri İnstitutunun şöbə rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Mətanət Mehrabovanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində A.F.İoffe adına Fiziki-Texniki İnstitutuna ezam olunması haqqında

        AMEA Radiasiya Problemləri İnstitutunun şöbə müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Mətanət Mehrabova 6-16 aprel 2014-cü il tarixində Rusiya Federasiyasının Sankt-Peterburg şəhərində A.F.İoffe adına Fiziki-Texniki İnstitutuna ezam olunmuşdur. O, A.F.İoffe adına Fiziki-Texniki İnstitutun baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor B.X.Bayramovla birgə Cd1-xMnxTe nazik epitaksial təbəqələrinin alınma texnologiyasının işlənib hazırlanması, onların müxtəlif təyinatlı cihazlarda istifadə perspektivləri, aparılmış nəzəri tədqiqatların nəticələri ilə bağlı müzakirələr aparmış gələcək birgə fəaliyyət perspektivləri araşdırılmışdır.
        M.A.Mehrabova İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universiteti və A.İ.Qertsen adına Rusiya Dövlət Pedaqoji Universitetində də olmuş, birgə fəaliyyət perspektivləri araşdırılmışldır.
        Ezamiyyət Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun layihəsi çərçivəsində maliyyələşdirilmişdir.