RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.04.2014]

AMEA Gənc Alim və Mütəxəssislər Şurası beynəlxalq elmi-ictimai fəaliyyətini genişləndirir

Famin SalmanovAzərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə dokoru Famin Salmanov və sədrin müavini, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev Beynəlxalq Elmlər Akademiyasının (Sağlamlıq və Ətraf Mühit) Rusiya bölməsinin dəvəti ilə 24-25 aprel 2014-cü il tarixdə M.A.Şoloxov adına Moskva Dövlət Universitetinin Stavropol filialında keçirilən “Davamli inkişafla əlaqədar təhsilin orientasiyasında müasir gəncliyin rolu” mövzusunda elmi-praktiki konfransda Azərbaycanı təmsil etmişlər. Səfərin əsas məqsədi AMEA Gənc Alim və Mütəxəssislər Şurasının gələcək beynəlxalq hədəfləri ilə bağlı olmuşdur. Şuranın fəaliyyətinin miqyası və coğrafiyasının genişləndirilməsi ilə əlaqədar, yeni beynəlxalq münasibətlərin qurulması və müştərək elmi-ictimai tədbirlərin təşkili məsələlərinin gələcək perspektivlikləri haqqında M.A.Şoloxov adına Moskva Dövlət Universitetinin prorektoru, Dərbənd və Anapa filiallarının direktorları, Şoloxov adına Rusiya Dövlət Muzeyinin direktor müavini ilə səmərəli göruşlər keçirilmişdir. Bundan başqa, M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialının direktoru Nataliya Sotnikova ilə keçirilən görüşdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Humanitar və İctimai Elmlər Bölməsilə Universitetin gənc alim və müətəxəssislərinin gələcək elmi əməkdaşlığına dair razılaşmalar əldə olunmuşdur. Konfransda, həmçinin Famin Salmanovun AMEA-nın gənc alim və mütəxəssisləri: nailiyyətlər, prespektivlər, problemlər və onların həlli yolları adlı geniş məruzəsi maraqla dinlənilmişdir. Cox yüksək səviyyədə təşkil olunmuş tədbirin sonunda, gənc alimlərimizə konfransda uğurlu iştirtak etdiklərinə görə diplom və sertifikatlar verilmiş və eyni zamanda nümayəndə heyətinin layiqli və peşəkar təmsilçiliyi ilə əlaqədar konfransın Təşkilat Komitəsinin adından AMEA-ya təşəkkür məktubu da göndərilmişdir.