RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.05.2014]

AMEA Radiasiya Problemləri İnstitutunun Laboratoriya rəhbəri, k.e.d., prof İslam Mustafayev Gürcüstanın Batumi şəhərində seminarda iştirak etmişdir

Islam MustafayevAMEA Radiasiya Problemləri İnstitutunun Laboratoriya rəhbəri, k.e.d., prof İslam Mustafayev 22-25 aprel 2014-cü il tarixində Gürcüstanın Batumi şəhərində Avropa Birliyinin “Hava keyfiyyətinin idarə olunması” layihəsi çərçivəsində keçirilən seminarda iştirak etmişdir. Bu Layihə “AQTA (Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti) Şərq Regional Fəaliyyət Planı 2009” əsasında 7 ölkədə (Azərbaycan, Gürcüstan, Moldova, Rusiya, Belorusiya, Ukrayna, Ermənistan) həyata keçirilir. Seminar “Təbiətdən istifadə üçün kompleks icazələr sisteminin tətbiqi”nə həsr olunmuşdur. Layihənin Azərbaycan üzrə milli koordinatoru İslam Mustafayev layihə çərçivəsində görülən işlər barədə layihə rəhbərliyinə məlumat vermişdir. Seminarda müzakirələr nəticəsində tərəfdaş ölkələrdə, o cümlədən Azərbaycanda bu sistemin tətbiqi üçün potensialın yüksəldilməsinə dəstək verilməsi haqqında qərar qəbul edilmişdir.