RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.09.2014]

Radiasiya Problemləri İnstitutunun alimləri Ekoloji təhlükəsizlik üzrə seminarda iştirak etmişlər

     Asiya İnkişaf Bankı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Azərbaycanda Ekoloji təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üzrə layihə yerinə yetirir. Layihənin məqsədi Ətraf mühitə təsirin qiymətləndirilməsi və ekoloji ekspertiza üzrə ölkədə potensialın qiymətləndirilməsi və onun inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanmasından ibarətdir. 09 sentyabr 2014-cü il tarixdə Bakıda, “Hyatt Regency” otelində layihənin ilkin nəticələrinə həsr olunmuş seminar keçirilmişdir. Seminarda 15-dən çox Nazirliyin, Dövlət Komitələrinin, Agentliklərin, habelə Universitetlərin, Qeyri-hökumət təşkilatlarının və özəl sektorun 40-a qədər nümayəndəsi iştirak etmişdir. Seminarı giriş sözü ilə Asiya İnkişaf bankının ölkə üzrə direktoru Olly Norojono açmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Aysel Babayeva, Beynəlxalq ekspertlər Robert Everitt, Phuong Tran və layihənin Milli məsləhətçisi, Radiasiya Problemləri İnstitutunun Laboratoriya rəhbəri, professor İslam Mustafayev Ekoloji təhlükəsizlik və ekspertiza üzrə tədqiqatların nəticələrini təqdim etmiş və milli prioritetlər üzrə təkliflərini irəli sürmüşlər.