RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.01.2015]

AMEA Radiasiya Problemləri İnstitutunun “Journal of Radiation Researches” beynəlxalq jurnalının v.1 №2, 2015 nömrəsi nəşrə hazırlanır

        "Journal of Radiation Researches" beynəlxalq jurnalı 01.03.2014 tarixindən etibarən ildə 2 dəfə olmaqla AMEA Radiasiya Problemləri İnstitutu tərəfindən nəşr edilir. Jurnalın nəşr edilməsində əsas məqsəd radiasiya tədqiqatları sahəsində olan son elmi nailiyyətlərin elmi müzakirəsi, aktual istiqamətlərin müəyyənləşdrilməsi, respublikamızda və dünyada radiasiya tədqiqatları sahəsində alınmış son nailiyyətlərin elmi ictimaiyyətə çatdırılmasıdır.
        Jurnal on-line və çap olunmuş şəkildə buraxılır. On-line versiyanı http://irp.science.az/?l=/journals/lang,en/ linkində tapmaq mümkündür. Jurnalda məqalənin cap olunması qaydaları jurnalin 3-cü səhifəsində verilmişdir. Məqalələr AMEA Radiasiya Problemləri İnstitutuna “Beynəlxalq layihələr və İnformasiya” şöbəsinə təqdim olunmalıdır.

Ünvan: AZ1143, Azərbaycan Respublikası,
Bakı ş., B.Vahabzadə küç., 9
AMEA Radiasiya Problemləri İnstitutu
Tel: (+994 12) 539 33 91, (+994 12) 538 32 24;
(+994 12) 539 33 89, (+994 12) 510 34 71
Faks: (+994 12) 539 83 18
Sayt: http://irp.science.az
E-mail: interproj-irp@yandex.ru, interproj-irp@rambler.ru