RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.08.2015]

AMEA RPİ-nin əməkdaşı Nicat Nəbiyev İsrail Respublikasının Yerusəlim şəhərində keçirilmiş konfransda iştirak etmişdir

      15-20 avqust 2015 il tarixində İsrail Respublikasının Yerusəlim şəhərində I Dünya Elm Konfransı “WSCI-World Science Conference” keçirilmişdir. Tədbirdə 70-dən artıq ölkədən 400-dən çox tələbə və alim iştirak etmişdir. Tədbirdə plenar çıxışlar, mötəbər Nobel laureatlarının mühazirələri və İsrail Dövlətinin rəsmilərinin çıxışları dinlənilmişdir. Konfransda AMEA Radiasiya Problemləri İnstitutunu Radiokimya laboratoriyasın böyük laborantı Nicat Nəbiyev təmsil etmişdir. O, keçirilən bu tədbirdə medal və diplomla təltif edilmişdir.