RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.09.2015]

Radiasiya Problemləri İnstitutunda gənclər arasında “Ən yaxşı elmi-tədqiqat işi” müsabiqəsi keçiriləcək

      Bu gün AMEA Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının novbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, f.-r.e.n. Rəvan Mehdiyeva İnstitutda çalışan gənc alim və mütəxəssislərə yardaılan imkanlardan, yeni rəhbərliyin gənclərlə bağlı gələcək perspektivlərindən geniş məlumat verdi.
      Şuranın sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov gündəlikdə duran məsələlər haqqında danışaraq qeyd etdi ki, Institutun strukturunda edilən dəyişikliklərlə əlaqədar, Şuranın tərkibinə yenidən baxılması məsələsi gündəmdədir.
      İnstititutun gənc alim və mütəxəssislərinin iştirak etdiyi iclasda səsvermə yolu ilə Şuranın İdarə Heyətinin yeni üzvləri seçildi. Daha sonra İdarə Heyətinin üzvləri öz aralarında Şuranın müavinlərini və elmi katibini müəyyənləşdirdi.
      İclasın növbəti məsələsi kimi AMEA-nın 70 illiyinə həsr olunan İnstitutun doktorantları arasında keçiriləcək «Ən yaxşı elmi-tədqiqat işi» müsabiqəsinin təşkilatı işləri müzakirə olunaraq, belə qərara gəlindi ki, nəzərdə tutulan müasbiqə Şuranın təşkilatçılığı ilə sentyabr və oktyabr aylarında keçirilsin.
      İclas öz işini digər təşkilati məsələlərin geniş müzakirəsi ilə başa çatdırdı.