RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[21.09.2015]

İran Elm və Texnologiya Tədqiqat Təşkilatı Beynəlxalq Xarəzmi Mükafatı müsabiqəsini keçirir

      İran Elm və Texnologiya Tədqiqat Təşkilatı (İROST) Beynəlxalq Xarəzmi Mükafatı (KİA – Khwarizmi International Award) müsabiqəsini keçirir. İldə bir dəfə təşkil edilən tədbirin təşkilatçıları tanınmış tədqiqatçıları bu beynəlxalq müsabiqədə iştirak etməyə dəvət edir. Ənənəvi müsabiqənin keçirilməsinin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı, innovator və ixtiraçıların elmə verdikləri töhfələri dəyərləndirmək, onların beynəlxalq aləmdə tanınmasına dəstək göstərməkdir. Aerokosmonavtika, informasiya texnologiyaları, dəqiq elmlər, nanotexnologiyalar, biotexnologiya, ətraf mühit və fundamental tibb elmləri, kənd təsərrüfatı, elektronika və informatika, materiallar və metallurgiya, mexanika və başqa sahələr üzrə tədqiqatçılar, alimlər mükafata namizədliklərini irəli sürə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.khwarizmi.ir ünvanına müraciət edə bilərlər. Sözügedən saytda həmçinin müsabiqənin şərtləri barədə ətraflı məlumatlar yer alıb. Namizədlik ərizələri noyabr ayının 10-na kimi ingilis dilində təqdim olunmalıdır. Müsabiqənin rəsmi mükafatlandırma mərasimi 2016-ci il fevral ayının ikinci yarısında keçiriləcək.