RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.09.2015]

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində “Zərrəciklər, Sahələr və Simlər” adlı Beynəlxalq seminar öz işinə başladı

      29 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Ariva otelində “Zərrəciklər, Sahələr və Simlər” adlı Beynəlxalq seminar öz işinə başladı. Seminarın açılışında Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin direktoru akademik A.A.Qəribov, Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun direktoru fizika-riyaziyyat elmləri doktoru, professor O.Ə.Səmədov və digər qonaqlar çıxış etdilər, öz ürək sözlərini söylədlər, iştirakçılara uğurlar arzuladılar. 4 gün davam edəcək seminarda dünyanın bir sıra ölkələrindən – Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya, Gürcüstan, Ukrayna, Cənubi Koreya və Azərbaycandan 49 xarici və 10 yerli mütəxəssis iştirak edir. Beynəlxalq seminar Rusiya Federasiyasının Ali İqtisad Məktəbi, İtaliyanın Nəzəri Fizikanın Beynəlxalq Mərkəzi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA Radiasiya Problemləri İnstitutunun maliyə və təşkilatı dəstəyi ilə keçirilir. Seminarın gedişində iştirakçılar Nəzəri və Təcrübi Fizika İnstitutu (Moskva), Ali İqtisad Məktəbi (Moskva), Kembric Universitetinin Tətbiqi Riyaziyyat və Nəzəri Fizika İnstitutunun bu sahədə tanınmış alimlərinin mühazirələrini dinləyəcəklər. Seminar haqqında informasiyanı https://sites.google.com/site/bakupfs2015/organizers saytından əldə edə bilərsiniz.