RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.09.2015]

İnstitutun gənc alim və mütəxəssislərinin nəzərinə!

      AMEA Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası təşkilatın doktorant və dissertantları üçün AMEA-nın 70 illiyinə həsr olunan «Ən yaxşı elmi-tədqiqat işi» müsabiqəsini elan edir. Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıdakiları nəzərə almalıdırlar:

Birinci mərhələdə: müəllif elmi-tədqiqat işinə dair məruzənin mövzusunu (aktuallıq, metodologiya, elmi yeniliyi əhatə edən, 3 səhifədən çox olmayan tezisi çap şəklində (TNR, 14 şrift) müsabqənin Elmi Təşkilat Komitəsinə təqdim etməlidir;

İkinci mərhələdə: Elmi Təşkilat Komitəsi tərəfindən seçilmiş mövzuların müəllifləri 10-15 dəqiqəlik məruzə hazırlamalı və onu şifahi təqdim etməlidir (Münsiflər Heyəti qarşısında);

Müsabiqədə yaşı 40-a qədər olan gənc tədqiqatçılar iştirak edə bilər;

Müəllif tədqiqat mövzusu ilə bərabər, özü haqqında CV-ni də təqdim etməlidir.

Müsabiqə üçün tələb olunan sənədlər 01-20 oktyabr 2015-ci il tarixlərinə qədər İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi - Rəxşanə Məmişovaya, (E-mail: rexsane@yandex.ru) təqdim olunmalıdır.

Müsabiqənin qalibləri müvafiq diplom və mükafatlarla təltif olunacaqlar.