RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.12.2015]

AMEA Radiasiya Problemləri İnstitutunun “Journal of Radiation Research” beynəlxalq jurnalının v.2 №2, 2015 nömrəsi nəşrə hazırlanır

      AMEA Radiasiya Problemləri İnstitutunun “Journal of Radiation Research” beynəlxalq jurnalının v.2 №2, 2015 nömrəsi nəşrə hazırlanır. Jurnala radiasiya və nüvə tədqiqatları sahəsində əldə edilən nəticələrə aid elmi məqalələr qəbul edilir.
Prioritet istiqamətlər:

-Radiasiya tədqiqatları və onların tətbiqi aspektləri
-Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi
-Nüvə fizikası, nüvə və radiasiya təhlükəsizliyi,
-Radiokimya, radiobiologiya, radioekologiya,
-Nüvə və radiasiya texnologiyaları və nüvə biliklərinin toplanması və istifadəsi

      “Journal of Radiation Research” beynəlxalq jurnalı 01.03.2014 tarixindən etibarən ildə 2 dəfə olmaqla AMEA Radiasiya Problemləri İnstitutu tərəfindən ingilis dilində nəşr edilir. Jurnalın Beynəlxalq Standart Seriya Nömrəsi vardır İSSN 2312-3001.
      Jurnalın nəşr edilməsində əsas məqsəd radiasiya tədqiqatları sahəsində olan son elmi nailiyyətlərin elmi müzakirəsi, aktual istiqamətlərin müəyyənləşdrilməsi, respublikamızda və dünyada radiasiya tədqiqatları sahəsində alınmış son nailiyyətlərin elmi ictimaiyyətə çatdırılmasıdır.
      Jurnal on-line və cap olunmuş şəkildə buraxılır. On-line versiyanı http://www.irp.science.az/?l=/journals/lang,en/ linkində tapmaq mümkündür. Jurnalda məqalənin cap olunması qaydaları jurnalin 4-cü səhifəsində verilmişdir. Məqalələr AMEA Radiasiya Problemləri İnstitutuna “Beynəlxalq layihələr və İnformasiya” şöbəsinə təqdim olunmalıdır.

Ünvan: AZ1143, Azərbaycan Respublikası,
             Bakı ş., B.Vahabzadə küç., 9
             AMEA Radiasiya Problemləri İnstitutu Tel: (+994 12) 538-32-24 dax.132
Faks: (+994 12) 539-83-18
Sayt: http://www.irp.science.az
E-mail: inerproj-irp@rambler.ru, interproj-irp@yandex.ru, interproj.irp@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.