RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[04.12.2015]

AMEA Radiasiya Problemləri İnstitutunun dissertantı Sadiq Həsənov Çində Konfransda iştirak etmişdir

      18-20 noyabr 2015-ci il tarixlərində Radiasiya Problemləri İnstitunun “Enerjiqənaətedici Radiasiya prosesləri” laboratoriyasının dissertantı Sadiq Həsənov Çinin paytaxtı Pekin şəhərində Tsinghua Universitetində GEİA (Global Emission Initiative)-nın 17-ci elmi-praktik konfransında iştirak etmişdir. O, Radiasiya problemləri İnstitutunun Laboratoriyalarında Azərbaycanın nəqliyyat sektorunda yaranan emissiyaların qiymətləndirilməsi mövzusunda apardığı tədqiqatların nəticələrini “Dünyada Şəhərləşmənin Emissiyalara təsiri” seksiyasında məruzə etmişdir. O, Konfransda dünyanın bir çox ölkələrindən olan alimlərlə birgə tədqiqatlar aparmaq üçün müzakirələr aparmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.