RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.12.2015]

AMEA Radiasiya Problemləri İnstitutunda doktorantura imtahanları keçirilmişdir

      15.12.2015 tarixində AMEA Radiasiya Problemləri İnstitutunda dissertant və doktorantların doktorluq minimum imtahanları keçirilmişdir. 4 ixtisas üzrə (222501-radiasiya materialşünaslığı, 242801-radiasiya biologiyası, 230501-nüvə kimyası, 335801-fövqəladə hallarda təhlükəsizlik) 11 doktorantdan 10 nəfəri imtahanda iştirak etmişdir. 2 saat davam edən imtahan ərzində doktorantlar 50 sualdan ibarət test suallarını cavablandırmışlar. İmtahandan dərhal sonra AMEA Radiasiya Problemləri İnstitutunun direktoru f.-r.e.d., professor O.Ə.Səmədovun rəhbərlik etdiyi hər ixtisas üzrə 5 nəfərdən ibarət İmtahan komissiyası tərəfindən imtahan nəticələri qiymətləndirildi. İmtahanın nəticələrinə əsasən bütün doktorantlar müvafiq keçid balını topladılar (100 baldan 60-dan yuxarı).
       Bununla yanaşı doktorantların onların elmə marağı və tədqiqat aparmaq istədikləri mövzular ətrafında fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.