RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.01.2016]

AMEA Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib

      18.01.2016 tarixində AMEA Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda institutun şöbə müdiri f.-r.e.n., dosent Mətanət Mehrabova “Defektlərin Cd1-x MnxTe yarımmaqnit yarımkeçiricilərinin elektron strukturuna təsiri” mövzusunda məruzə edib. Məruzədə müxtəlif növ defektlərin (vakansiya, düyünlər arası atom, Frenkel cütü) Cd1-x MnxTe elektron strukturuna təsiri və defektlərin yaranma enejilərinin hesablanmasına aid M.Ə.Mehrabovanın apardığı elmi tədqiqat işlərinin nəticələri öz əksini tapmışdir. Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanmış, məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.





© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.