RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[08.02.2016]

AMEA Radiasiya Problemləri İnstitutunun elmi seminarı

      08 fevral 2016–cı il tarixində AMEA Radiasiya Problemləri İnstitutunda növbəti seminar keçirilmişdir. Seminarda AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor İslam Mustafayev “Üzvi yanacaqlarda radiasiya-kimyəvi proseslərin özəllikləri” mövzusunda məruzə etmişdir. Məruzədə üzvi yanacaqların emalında azkarbonlu texnologiyaların tətbiqi, kükürdsüzləşdirilməsi, karbon adsorbentlərinin alınması və modifikasiyası, politsiklik aromatik karbohidrogenlərin zərərsizləşdirilməsində radiasiya-kimyəvi texnologiyaların tətbiqindən bəhs edilmişdir. Dünyada bu sahədə aparılan tətqiqatlardan bəhs edilmiş, müqayisəli təhlillər aparılmışdır.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.