RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[26.02.2016]

AMEA Radiasiya Problemləri İnstitutunda Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirildi

      Fevralın 26-də AMEA Radiasiya Problemləri İnstitutunda Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Tədbiri institutun direktoru Oqtay Səmədov açdı. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra O.Səmədov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı hadisələrdən danışdı.
      Tədbirdə fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nizami Hüseynov Xocalı hadisələri ilə bağlı öz xatirələrini danışdı, həmin hadisələrin dəhşətlərini və özünün yaşadığı həyəcanları tədbir iştirakçıları ilə bölüşdü.
      İnstitutun fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nüşabə Hacıyeva tarixi yaddaşımızdan, ermənilərin illərlə azərbaycan xalqının başına gətirdiyi vəhşiliklərdən danışdı.
      Tədbirdə institutun kiçik elmi işçisi Nəbi Əliyev da Xocalı hadisələri ilə bağlı xatirələrini bölüşdü və tariximizi nəinki unutmamağı, yaxşı bilməyi tövsiyə etdi.





© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.