RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[02.03.2016]

AMEA Radiasiya Problemləri İnstitutunda elmi seminar keçirilib

      29 fevral 2016–cı il tarixində AMEA Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda AMEA RPI-nin “Polimer və elektroaktiv materialların radiasiya fizikası” laboratoriyasının əməkdaşı, k.e.i. Nəbi Əliyevin “Polimer kompozitlərin elektrofiziki xassələrinə qamma şüalanmanın təsiri” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi yüksək sıxlıqlı polietilen (YSPE) və metal oksidləri (TiO2, Fe2O3) əsasında alınmış kompozit materialların elektrik keçiriciliyi və dielektrik parametrlərinə qamma şüalanmanın təsiri istiqamətində apardığı tədqiqat işləri haqqında seminar iştirakçılarına məlumat vermişdir. Məruzəçinin çıxışı ətrafında müzakirələr və nəticələrin müqayisəli təhlili aparılmışdır.





© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.