RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[04.03.2016]

AMEA Radiasiya Problemləri İnstitutunda Bakı şəhəri 249 saylı orta məktəbin bir qrup yuxarı sinif şagirdi və müəllim heyəti ilə görüş keçirilmişdir

      04 mart 2016-cı il tarixində AMEA Radiasiya Problemləri İnstitutunda Bakı şəhəri 249 saylı orta məktəbin bir qrup yuxarı sinif şagirdi və müəllim heyəti ilə görüş keçirilmiş, İnstitutun laboratoriyalarına tanışlıq məqsədi ilə ekskursiyalar təşkil edilmişdir. Müəllimlərə və şagirdlərə Radiasiya Problemləri İnstitutunda mövcud olan cihaz, qurğular və aparılan elmi tədqiqat işləri haqqında populyar məlumatlar verilmişdir. 249 saylı orta məktəbin şagird və müəllim heyəti görüşdən razı qaldıqlarını və İnstitutun kollektivinə minnətdar olduqlarını bildirmişlər.





© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.