RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[23.11.2012]

“Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda V beynəlxalq konfrans keçirildi

21-23 noyabr 2012-ci il tarixdə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AMEA Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə "Nüvə Enerjisinin Dinc Məqsədlərlə İstifadəsi Perspektivləri" mövzusunda V beynəlxalq konfrans keçirildi.
Konfrans 21 noyabr 2012-ci il tarixdə AMEA-nın Əsas binasında öz işinə başladı. Dünyanın 10-a yaxın ölkəsindən alim və mütəxəssislərin iştirak etdiyi konfransı giriş sözu ilə açan AMEA prezidenti, akademik Mahmud Kərimov tədbirin məqsəd və əhəmiyyəti, müzakirə olunan mövzunun aktuallığı, Azərbaycanda bu sahədə görülən işlərdən söz açdı.
Sonra AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov "Azərbaycan Respublikasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində görülən işlər haqqında" mövzusunda məruzə ilə çıxış etdi.
Bildirildi ki, Azərbaycan 2001-ci ildən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) üzvüdür və onun bütün prinsip və normalarına əməl edir. Azərbaycan MAQATE və digər beynəlxalq təşkilatlarla birgə milli və regional layihələrdə fəal iştirak edir.
A.Qəribov Respublikamızda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində görülən işlərdən və onların nəticələrindən söz açaraq bildirdi ki, hazırda ölkəmizdə radiasiyanın standartlaşdırılması və kalibrlənməsi üzrə ən müasir mərkəz formalaşır, beynəlxalq standartlara uyğun olaraq nüvə materiallarının reyestri aparılır.
Konfransda Varşava Nüvə Kimyası və Texnologiyası İnstitutunun baş direktoru, professor Andzej Xmilevskinin "Dünyanın texnoloji inkişafında radiasiya prosesinin rolu", atom enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə MDB Ölkələri Komissiyasının icraçı katibi Yevgeni Sobolevin "Atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində MDB-yə üzv dövlətlərin əməkdaşlığının genişlənməsi", Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynovun "ATLAS və CMS təşkilatlarının təcrübələrində 125-126GeV enerji artımında bozon istehsalının spini" mövzusunda məruzələrlə çıxış etdilər.
Konfrans öz işini AMEA, Radiasiya Problemləri İnstitutunda bölmə iclasları üzrə davam etdirdi.