RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[21.12.2018]

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA – nın müxbir üzvü, professor Oqtay Səmədov iclas iştirakçılarını Gündəlikdəki məsələlərlə tanış edib.

İclasda əvvəlcə İnstitutun 2018-ci ildə keçirilmiş doktorant və dissertantların dissertasiya işlərinin attestasiyası, AMEA-nın rəsmi veb-saytı olan www.science.gov.az – da İnstitut haqqında məlumat bazasının yenilənməsi, həmçinin “Heterogen Proseslərin Radiasiya Kimyası” laboratoriyasının əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Yadigar Cəfərovun 65 illik yubileyi haqqında məsələlərə baxılıb.

Sonra RPİ-nin “Radiokimya” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Mirzəyev Mətləb Nəbi oğlunun və “Seqnetoelektriklərin Radiasiya Fizikası” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Əliyeva Nuranə Əlislam qızının “dosent” elmi adı alması üçün müraciətlərinə baxılıb, eləcə də “Polimerlərin və Elektroaktiv Kompozit Materialların Radiasiya Fizikası” laboratoriyasında böyük elmi işçi vəzifəsinə “Elm” qəzetində elan olunmuş müvafiq müsabiqə iştirakçısı, fizika üzrə fəlsəfə doktoru Əliyev Nəbi Şəmşad oğlu üçün gizli, həmçinin İnstitutun Təhsil şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Mikayılova Əminə Cümşüd qızına “dosent” elmi adı verilməsi üçün açıq səsvermə keçirilib.

Daha sonra bəzi dissertantların elmi iş mövzularına düzəlişlər edilib, o cümlədən, çapa təqdim olunmuş məqalələr haqqında müzakirələr aparılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.