RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.12.2018]

Radiasiya Problemləri İnstitutu daha bir beynəlxalq müqavilə imzalayacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Gürcüstanın tanınmış elm müəssisəsi olan Tiflis Dövlət Universitetinin R.Aqladze adına Qeyri-üzvü kimya və Elektrokimya İnstitutunun direktoru Qriqor Tatişvilinin ilə görüş keçirilib.

RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov, elmi-işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi İbrahim Qabulovun da iştirak etdiyi görüşdə institutların beynəlxalq əməkdaşlığı müzakirə edilib. Müzakirələrdən sonra qərara alınıb ki, hər iki qurumun beynəlxalq əməkdaşlığını daha da genişləndirməyə imkan yaradacaq Beynəlxalq müqavilə imzalansın.

Qeyd edək ki, 2019-cu ilin birinci yarısında institutlar arasında imzalanması nəzərdə tutulan müqavilənin əsas məqsədi radiasiya, nüvə, radiokimya, radiobiologiya, radioekologiya, radiasiya materialşünaslığı, radiasiya və nüvə təhlükəsizliyi və digər elmi-texniki sahələrdə birgə əməkdaşlığın yaradılmasıdır. Həmçinin, sözügedən müqaviləyə əsasən institutlar müxtəlif fondlara və beynəlxalq təşkilatlara birgə layihələr təqdim edəcək və qrant müsabiqələrində iştirak edəcəklər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.