RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.03.2018]

AMEA-nın müxbir üzvü İslam Mustafayev beynəlxalq konfransda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Beynəlxalq Konfransda iştirak edib.

Başqırdıstanın paytaxtı Ufa şəhərində Ufa Neft Texniki Universiteti və “Başqırdıstan Ekspertlər Assosiasiyası” tərəfindən keçirilmiş Konfransda 4 ölkədən ümumilikdə 78 nümayəndə iştirak edib.

“Sənaye təhlükəsizliyinin ekspertizası və təhlükəli istehsalat obyektlərinin diaqnostikası” adlı Konfransda regionun iqtisadiyyatında mühüm yer tutan neft – qaz sənayesində qurğuların və avadanlıqların təhlükəsiz fəaliyyətini təmin etmək yolları müzakirə olunub.

Konfransda İslam Mustafayev “Cənubi Qafqaz ölkələrində Şərq-Qərb enerji dəhlizinin ekoloji təhlükəsizliyi ” mövzusunda plenar məruzə ilə çıxış edib.

Qeyd edək ki, Konfrans çərçivəsində texniki təhlükəsizliyin müxtəlif aspektlərinə həsr olunmuş Dəyirmi Masalar təşkil olunub, həmçinin Konfrans iştirakçıları tərəfindən “Sənaye təhlükəsizliyi və onun tədrisi” sahəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Rusiya Federasiyası universitetləri arasında əməkdaşlığın inkişafı üzrə təkliflər səsləndirilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.