RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[08.07.2019]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov iştirakçıları Gündəlikdəki məsələlərlə tanış edib.

İclasda əvvəlcə Radiasiya Problemləri İnstitutu üzrə magistrantların attestasiyası, İnstitut üzrə 2019-cu ildə sifariş olunmuş doktorantura və dissertantura yerləri üçün elmi mövzuların müzakirəsi, həmçinin doktorantura minimum imtahanlarının proqramları haqqında məsələlərə baxılıb.

Sonra AMEA RPİ üzrə 2019-cu il üçün Yarımillik hesabatlar və AMEA-nın 75 illik yubileyi ilə əlaqəli tədbirlər planı haqqında olan məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Daha sonra RPİ ilə Arxeologiya və Etnografiya İnstitutunun birgə tədqiqat istiqamətləri üzrə mövzuları haqqında məsələyə baxılıb, həmçinin çapa təqdim olunmuş məqalələr müzakirə edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.