RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.07.2019]

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə İnstitutun “Polimerlərin radiasiya kimyası və texnologiyası” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru Məmmədov Şiraz Məcnun oğlunun 75 illik yubileyi və “Yarımkeçiricilərin radiasiya fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Mədətov Rəhim Səlim oğlunun 70 illik yubileyi ilə əlaqədar olaraq mükafata təqdim edilməsi haqqında məsələlərə baxılıb.

Sonra İnstitutun “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Məlikova Sevinc Zellabdin qızının hazırladığı “Qamma şüalanmanın borosilikatların fiziki kimyəvi xassələrinə təsiri” adlı monoqrafiyasının nəşrinə icazə verilməsi üçün müraciətinin müzakirəsi aparılıb.

Daha sonra AMEA üzrə elmi işçi vəzifələrinin tutulması üçün müsabiqə keçirilməsinin müvəqqəti qaydaları haqqında məsələyə baxılıb, həmçinin İnstitutun “Ətraf mühitin radiasiya kimyası” laboratoriyasında böyük elmi işçi vəzifəsinə “ELM” qəzetində elan olunmuş müsabiqə iştirakçısı fizika-riyaziyyat elmləri namizədi Bayramov Məhəmməd Allahverdi oğlu və “Enerjitutumlu radiasiya prosesləri” laboratoriyasında aparıcı elmi işçi vəzifəsinə “ELM” qəzetində elan olunmuş müsabiqə iştirakçısı Süleymanov Telman Yadigar oğlu üçün gizli səsvermə keçirilib.

İclasın sonunda çapa təqdim olunmuş məqalələr müzakirə edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.