RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.07.2019]

İnstitutun əməkdaşı Beynəlxalq konfransda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş Beynəlxalq konfransda iştirak edib.

Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Elmi Mərkəzində təşkil olunmuş "Kristalların əmələ gəlməsi və yetişdirilməsinin mexanizmi, qeyri-xətti problemləri və nazik təbəqələr” adlı Beynəlxalq konfransda M.Mehrabova məruzə və poster-təqdimatla çıxış edib. Alimin "γ-şüalanmanın CdFeTe yarımmaqnit yarımkeçiricilərinin keçiriciliyi və dielektrik nüfuzluğunun temperatur asılılıqlarına təsiri" adlı məruzəsi və "Defektli CdMnSe epitaksial təbəqələrinin optik xassələri"nə həsr edilmiş poster-təqdimatı Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, M.Mehrabova sözügedən Konfransda bir sıra tanınmış elmi mərkəzlərdən olan alimlərlə birgə elmi fəaliyyət planları ətrafında da geniş müzakirələr aparıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.