RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.10.2019]

İnstitutunun əməkdaşı AEBA tərəfindən keçirilən beynəlxalq görüşdə iştirak edib

İbrahim QabulovAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə elmlər namizədi İbrahim Qabulov Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən keçirilən “Nüvə Təhlükəsizliyi Sahəsində Təlimin İdarəolunması” adlı Beynəlxalq görüşdə iştirak edib.

Avstriyanın Vyana şəhərində keçirilən və nüvə təhlükəsizliyinin və fiziki mühafizənin təmin edilməsi məqsədi ilə müasir tələblərin tədbiqinə həsr olunan görüşdə AEBA ekspertləri və bu sahədə qabaqcıl yer tutan Pakistan, Çin, Kanada, Rusiya və s. bu kimi, ümumilikdə 30 ölkədən 55 nümayəndə iştirak edib.

Görüş zamanı mütəxəssislər nüvə təhlükəsizliyinin və fiziki mühafizənin təmin edilməsi məqsədi ilə müasir tələblərin tədbiqi sahəsində aparılan işlər barədə iştirakçılara məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.

Sözügedən görüş zamanı çıxış edən İ.Qabulov Azərbaycanda təhlükəsizliyin gücləndirilməsi sahəsində aparılan işlər haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Görüşdə həmçinin, iştirakçılar tərəfindən AEBA ilə təhlükəsizlik sahəsində gələcək əməkdaşlığa dair təkliflərin müzakirəsi aparılıb və sonda tövsiyyələr görüşün katibliyinə təqdim edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.