RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.12.2019]

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov İnstitutun çoxsayılı kollektivini qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həmçinin Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzu edib.

O.Səmədov daha sonar Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə AMEA RPİ-nin doktorant və dissertantların 2019-cu il üçün attestasiyası keçirilib.

Daha sonra iclasda ixtisaslar üzrə yeni Test Bankının hazırlanması haqqında məsələyə baxılıb.

Elmi Şuranın iclasında İnstitutun Elmi işlər üzrə direktor müavini və Elmi katibinin səlahiyyət muddətlərinin bitməsi ilə əlaqədar yeni seçkilərin keçirilməsi, eləcə də İnstitutun 16 saylı “İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri” laboratoriyasının rəhbəri vakant vəzifəsinə seçkilərin keçirilməsi haqqındakı məsələlər müzakirələr edilib.

Sonda İnstitut üzrə 2020-ci il Elmi Tədqiqat planları və çapa təqdim olunmuş məqalələr haqqında fikir mübadiləsi aparılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.