RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.01.2020]

“Gənc tədqiqatçı Qobustan abidələrinin araşdırılması tarixində bir ilkə nail olub”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) gənc əməkdaşı Qobustan abidələrinin araşdırılması tarixində bir ilkə nail olub.

Belə ki, İnstitutun aparıcı elmi işçisi, dosent Sahib Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun gənc tədqiqatçısı, “Ətraf Mühitin Radiasiya Kimyası” laboratoriyasının kiçik elmi işçisi Aybəniz Əhədova arxeoloji abidələr kompleksinin mühafizə edildiyi Qobustan Milli Tarixi-Bədii Qoruğunda çöl tədqiqatları aparıb və orada yerləşən Böyükdaş dağının aşağı səkisindən götürdüyü keramika nümunəsinin yaşını Termolüminessensiya metodu ilə tədqiq edib və tədqiqat nəticəsində həmin nümunənin 5655 il yaşı olduğu aşkara çıxarılıb.

Qeyd edək ki, sözügedən keramika nümunəsinin radioizotop metodla analizi Qobustan abidələrinin araşdırılması tarixində ilk dəfədir. Bundan əlavə həmin ərazidən diş nümunələri də götürülüb və Elektron Paramaqnit Rezonans metodu ilə tədqiq olunub və həmin diş nümunələrinin 1894 il və 1353 il əvvələ aid olunduğu sübut edilibdir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.