RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.02.2020]

"2 fevral - Gənclər Günü"ndə istedadlı və yaradıcı gənclər mükafatlandırıldı

03.02.2020Fevralın 2-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, AMEA Gənc Alim və Mütəxəssislər şurasının sədri, dosent Famin Salmanov və dövlət və hökumət rəsmiləri, universitetlərin rektorları və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə 2019-cu ildə yüksək fəallığı ilə seçilən gənclər və gənclər təşkilatları mükafatlandırılıblar. Belə ki, 2019-cu ildə memarlıq, təsviri sənət, musiqi, teatr, ədəbiyyat, ictimai fəaliyyət, elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı, fərqlənən gənclər təltif olunublar.

Məlumat üçün qeyd edək ki, elm nominasiyası üzrə AMEA-nın Radiasiya Problemləri İnstitutunun gənc mütəxəssisi Azər Sadıqov və Neft Kimya Prosesləri İnstitutunun gənc alimi Ziyarət Paşayeva mükafat alanlardan olublar.

Tədbir bədii hissə ilə davam edib.

https://www.gencalimler.az/