RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.02.2020]

İnstitutda maarifləndirici tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) maarifləndirici tədbir keçirilib.

İnstitutun Həmkarlar Təşkilatının təşəbbüsü ilə keçirilən və “Koronovirus xəstəliyi və ona qarşı ilkin proflaktiki tədbirlərin görülməsi”nə həsr olunmuş tədbirdə İnstitut əməkdaşları və Yasamal rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) müxtəlif sahələr üzrə təyin olunmuş mütəxəssis həkimləri - Kəmalə Cəlilova və Şəfa Nuriyeva iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdieva bildirib ki, Çin Xalq Respublikasının Uhan bölgəsində geniş yayılan və artıq dünyanın bir sıra ölkələrində də qeydə alınmış yeni koronavirus epidemiyasının yayılması nəticəsində yüzlərlə insan həyatını itirib, yoluxma hallarının sayı isə getdikcə artıb. R. Mehdiyeva qeyd edib ki, ölkəmiz Çin Xalq Respublikası ilə geniş ticarət dövriyəsi aparır və vəziyyətin ciddiliyi nəzərə alınaraq bu virusun Azərbaycana daxil olmasının qarşısının alınması üçün zəruri işlər görülür.

Sonra Yasamal rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin həkim epidemioloqu Kəmalə Cəlilova çıxış edərək koronavirusun yaranması və yayılması tarixindən danışıb. Daha sonra 2019-cu ilin dekabr ayında yeni koronavirusun Çinin Uhan şəhərindəki dəniz məhsulları bazarından yayıldığını bildirən həkim hazırda bu virusun müalicəsi üçün lazımi vaksinlərin kəşf olunmadığını bildirib. Onun sözlərinə görə, virusun sürətlə digər ölkələrə də yayılması bütün dünyada narahatlıq yaradıb. Həkim epidemioloq qeyd edib ki, hazırda ölkəmizdə bu epidemiyaya yoluxma halı qeydə alınmayıb və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müvafiq göstəriş verilib.

Tədbirin sonunda həkim epidemioloqlar sözügedən epidemiyadan qorunmaq üçün zəruri tədbirlər haqqında məlumat veriblər, həmçinin İnstitut əməkdaşlarının mövzu ilə bağlı suallarını cavablandırıblar.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.