RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.02.2020]

İnstitutda Mülki müdafiə məşqi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) cari ilin “Tədbirlər planına” əsasən “Rəhbər heyətin mülki müdafiə məşqi” keçirilib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilmiş tədbirdə İnstitutun rəhbərliyi və əməkdaşları, həmçinin Yasamal rayonu üzrə Fövqəladə hallar şöbəsinin rəisi, polkovnik-leytenant İlqar Səfərov iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun ümumi işlər üzrə direktor müavini, kimya elmləri namizədi, dosent Hökmən Mahmudov İnstitutda nəzərdə tutulan Mülki-müdafiə üzrə tapşırıqlar və planlar, eləcə də görülmüş işlər barəsində məlumat verib.

Sonra çıxış edən polkovnik-leytenant İ.Səfərov fövqəladə halların inkişaf mərhələlərindən, həmçinin qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra çıxış edən RPİ-nin Mülki-müdafiə Qərargahının rəisi Taleh Məmmədov fövqəladə hallar zamanı manqalar arasında əlaqələrdən və qüvvələrin idarə edilməsi haqqında danışıb. T. Məmmədov hər hansı bədbəxt hadisələr və eləcə də hər hansı təbii fəlakətlər zamanı qarşıya çıxan neqativ halların aradan qaldırılması və itkilərdən maksimum dərəcədə qorunmaq yolları haqqında ətraflı məlumat verib.

Məşqin sonunda mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb və maarifləndirici xarakterli videoçarx nümayiş olunub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.