RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.02.2020]

Radiasiya Problemləri İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İmtahan 2019/2020-ci tədris ili üçün nəzərdə tutulmuş “Radiasiya materialşünaslığı” ixtisasından “Ümumi fizika kursu” fənni və “Radioekologiya” ixtisasından “Ekologiya” fənni üzrə keçirilib və imtahanda ümumilikdə 5 nəfər iştirak edib.

AMEA Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov və həmin idarənin rəis müavini Vüqar Haqverdiyevin də müşahidəçi qismində iştirak etdiyi İmtahan uğurla başa çatıb.

Xatırladaq ki, institutda müvafiq imtahanın keçirilməsi üçün komissiya yaradılıb. Komissiyasının sədri İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov, komissiya üzvləri isə fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov, fizika-riyaziyyat elmləri doktoru, professor Nizami Mehdiyev, biologiya elmləri doktoru, professor Elimxan Cəfərov və fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilovdur.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.