RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.02.2020]

Radiasiya Problemləri İnstitutunun və Fizika institutunun alimlərinin birgə rəhbərlik etdiyi şagirdlər “Sabahın alimləri” IX Respublika müsabiqəsində bürünc medal qazanıblar

“Sabahın alimləri” IX Respublika müsabiqəsiAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun və Fizika İnstitutunun alimlərinin birgə rəhbərlik etdiyi şagirdlər “Sabahın alimləri” IX Respublika müsabiqəsində qalib olublar.

Artıq 9 ildir ki, bu müsabiqə respublikamızın lisey və məktəbləri arasında geniş vüsət alıb. AMEA Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova və Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Hidayət Nuriyevin rəhbərliyi ilə Bakı Dövlət Universitetinin Gənc İstedadlar Liseyinin şagirdi Uğur Ələkbərov və 173 saylı orta məktəbin şagirdi Abbasqulu Əliyev tərəfindən yerinə yetirilən “CdTe/CdMnTe epitaksial heterokeçidlərinin tətbiq imkanları” adlı layihə "Fizika" nominasiyası üzrə müsabiqənin qalibi olub və bürünc medala layiq görülüb.

Qeyd edək ki, təqdim olunan elmi tədqiqat işləri yenilik, innovasiya, tətbiq imkanları və müasirliyi ilə seçilir və yetişməkdə olan gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında böyük əhəmiyyət kəsb edəcək.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.