RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[24.02.2020]

AMİU-nun tələbələri Radiasiya Problemləri İnstitutunda təcrübə keçirlər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat – texnologiya fakültəsinin IV kurs tələbələri Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Bu gün sözügedən təbələrlə görüşdə çıxış edən Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov İnstitutun fəaliyyəti, aparılan elmi tədqiqat işləri və beynəlxalq əməkdaşlıq əlaqələri haqqında geniş məlumat verib. O.Səmədov bildirib ki, tələbələrin AMEA-nın elmi müəssisələrində istehsalat təcrübəsi keçməsi onların gələcək fəaliyyətlərinə bir stimuldur və bu proses eyni zamanda, ölkəmizdə elm və təhsilin vəhdətinə bariz bir nümunədir.

Daha sonra tələbələr İnstitutun laboratoriyalarında aparılan elmi tədqiqat işləri və müasir cihaz və avadanlıqlarla tanış olublar.

Qeyd edək ki, İnstitut rəhbərliyi tərəfindən tələbələrin cihaz və avadanlıqlardan istifadə qaydaları da daxil olmaqla laboratoriyalarda aparılan elmi təcrübələrdə bilavasitə iştirakı və tətbiq olunan metod və yanaşmaları mənimsəmələri üçün bütün lazımi şərait yaradılıb.

Tələbələrin istehsalat təcrübəsi mayın 25-dək davam edəcək.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.