RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.02.2020]

İnstitutda Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu bildirib, eləcə də, həmin soyqırımı hadisəsinə dünya miqyasında verilən siyasi qiymətdən danışıb.

Daha sonra çıxış edən İnstitutun direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Rəvan Mehdiyeva Xocalı faciəsinin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir səhifəsi olduğunu qeyd edib. R.Mehdiyeva Xocalı soyqırımının dünyaya tanıdılması və bu istiqamətdə görülən işlərdən söz açıb. Xocalı faciəsinin ağır nəticələri barədə danışıb, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib.

Anım tədbirinin sonunda litvalı hərbi jurnalist Riçardas Lapaitisin Xocalı soyqırımı haqqında hazırladığı “Sonsuz dəhliz” filmi nümayiş olunub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.