RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.02.2020]

İnstitutda “Ümumdünya Mülki Müdafiə” günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunan tədbir keçirilib.

Tədbirdə əvvəlcə Mülki Müdafiə əmlakının və fərdi mühafizə vasitələrinin sərgisi təşkil olunub, həmçinin Mülki Müdafiə qüvvələrinə baxış keçirilib.

Sözügedən tədbirdə çıxış edən RPİ-nin Mülki-müdafiə Qərargahının rəisi Taleh Məmmədov sərgidə olan avadanlıq və əşyalar haqqında iştirakçılara geniş məlumat verib, eləcə də İnstitutun foyesində olan monitorda videoçarx nümayiş olunub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.