RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.12.2020]

İnstitutun gənc əməkdaşı gənclər formunda məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşı Azərbaycan Gənclərinin 9-cu forumunun ilk mərhələsində iştirak edib.

Forumda məruzə ilə çıxış edən Aybəniz Əhədova Dövlət Gənclər Siyasətindən, Covid-19 pandemiyasına qarşı mübarizədə və 44 günlük Vətən Müharibəsində gənclərin əvəzsiz rolu, eləcə də gənc alimlərin yeni nailiyyətləri haqqında məlumat verib. Çıxış maraqla qarşılanıb və A. Əhədova 24 Dekabr 2020-ci il tarixində keçiriləcək Respublika final toplantısında da məruzə ilə çıxış üçün təklif alıb.

Qeyd edək ki, sözügedən Forumda dövlət və hökumət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, millət vəkilləri, KİV numayəndələri, ali təhsil müəssisələrinin rektorları, muxtəlif beynəlxalq humanitar təşkilatlardan nümayəndələr də daxil olmaqla 500-dən çox gənc iştirak edib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.